AZ

İran XİN: raket proqramı müdafiə məqsədlidir və danışıqlar mövzusu deyil

Qahirə, 22 dekabr, AZƏRTAC

İranın raket proqramı müdafiə xarakterlidir və bu, danışıqlar mövzusu deyil.

AZƏRTAC xəbər verir ki, bunu İran XİN-in sözçüsü İsmail Bəqai mətbuat konfransında deyib. “İranın müdafiə imkanları ona qarşı hər hansı təcavüzün qarşısını almaq üçündür və bu barədə heç bir halda müzakirə aparılmayacaq”, - deyə sözçü əlavə edib.

Qeyd edilməlidir ki, ABŞ mediasının məlumatına görə, İsrail Baş naziri Prezident Donald Trampı İranın ballistik raket proqramını genişləndirməsinin təhdid təşkil etməsi və təcili hərəkətə keçməyin zəruriliyi barədə fikri ilə tanış edəcək.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
71
azertag.az

1Mənbələr