AZ

"Barselona" müdafiəsini "Mançester Siti"nin ulduzu ilə gücləndirir

İspaniya nəhəngi "Barselona" müdafiə xəttindəki boşluğu doldurmaq üçün "Mançester Siti"nin xorvatiyalı müdafiəçisi Yoşko Qvardiolu transfer hədəfinə çevirib.

Fanat.Az xəbər verir ki, kataloniyalılar həm sol cinah müdafiəçisi, həm də sol mərkəz müdafiəçisi kimi çıxış edə bilən 23 yaşlı futbolçunun transferində olduqca israrlıdır.

Bu barədə məlumatı "365Scores" nəşri yayıb.

Klub rəhbərliyi Qvardiolun universallığının komandanın arxa xəttindəki problemləri kökündən həll edəcəyinə inanır.

Qeyd edək ki, Yoşko bu mövsüm iştirak etdiyi 13 matçda 2 qol və 1 asistlə fərqlənib.

Kamil Xudiyev

Seçilən
32
1
fanat.az

2Mənbələr