AZ

Amansız QİSAS PLANI: Qonşularla dalaşan kişi binanı PARTLATMAQ İSTƏDİ – VİDEO

Nijni Novqorodda qonşularla dalaşan kişi binanı partlatmaq istəyib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Qazı açıb veb-kamera ilə izləyən şəxs terrorçuluq maddəsi ilə ittiham olunur.

Məlumata görə, Rusiyanın Nijni Novqorod şəhərində qonşuları ilə münaqişə yaşayan 43 yaşlı kişi binanı partlatmağa cəhd edib.

O, mənzildə qaz şlanqını ayıraraq qazı buraxıb. Partlayışa səbəb olmaq üçün lampaları yandırıb və qızışaraq alışması üçün onları kağıza büküb.

Kişi bu təhlükəli qurğuların hamısını binanın dayaq divarının yaxınlığında təşkil edib. Özü isə hadisə yerindən uzaqlaşaraq vəziyyəti veb-kamera vasitəsilə onlayn izləyib.

Sakinlər qaz iyi hiss etdikdən sonra təcili yardım xidmətlərinə zəng etməyi bacarıblar. Qisasçı həmin gün saxlanılıb; o, başqa bir şəhərə qaçmağa cəhd edib.

Terrorizm maddəsi ilə cinayət işi açılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
40
interpress.az

1Mənbələr