AZ

Meksikanın hərbi təyyarəsi ABŞ-da qəzaya uğradı

Meksikanın Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus "King Air ANX 1209" təyyarəsi tibbi yardım missiyası ilə Texas ştatının Qalveston şəhəri yaxınlığında eniş edərkən qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, hadisə nəticəsində beş nəfər ölüb, bir nəfər itkin düşüb. Ölənlərdən üçü və itkin düşən bir nəfər HDQ-nin hərbi qulluqçularıdır. Xəstənin müşayiətçisi və tibb bacısı sağ qalıb.

Təyyarənin sıx duman və məhdud görmə şəraiti səsəbilə qəzaya uğradığı ehtimal edilir.

Seçilən
53
2
publika.az

7Mənbələr