AZ

Maduro Trampa öz ölkəsinin problemlərinə diqqət yetirməyi məsləhət gördü

ain.az bildirir, Bizimyol portalına istinadən.

Venesuela Prezidenti Nikolas Maduro ABŞ Prezidenti Donald Trampa öz ölkəsinin problemlərinə diqqət yetirməyi məsləhət görüb.

Bizimyol.info xəbər verir ki, bu barədə Maduro "Venezolana de Televisión" televiziya kanalına müsahibəsində bildirib.

"Əgər Trampla yenidən danışsam, ona deyəcəyəm ki, hər kəs öz ölkəsinin daxili işlərinə diqqət yetirməlidir", - deyə qeyd edib.

Prezident bildirib ki, Tramp ölkəsindəki sosial məsələlərə diqqət yetirsəydi, daha uğurlu olardı. O bildirib ki, "təəssüf ki, Trampın çıxışlarının və bəyanatlarının 70%-i Venesuelaya həsr olunub".

Maduro hesab edir ki, ABŞ xalqı xarici müdaxilələrə, davamlı müharibələrə və rejim dəyişikliyinə qarşı, insanlığa və suverenliyə hörmət edən, müdaxilə etməyən və müharibələrə səbəb olmayan yenilənmiş bir ölkəyə səs verib.

Dövlət başçısı vurğulayıb ki, Venesuela həmişə ciddi, hörmətli dialoqa hazırdır və qələbəyə əmindir.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
46
1
bizimyol.info

2Mənbələr