Ajans.az xəbər verir ki, “Comex” birjasının məlumatına əsasən, Bakı vaxtı ilə saat 04:13-ə olan vəziyyətə görə qızılın bir troya unsiyasının qiyməti 2,57 faiz artaraq tarixi maksimum – 4 500,2 dollar təşkil edib. Cəmi dörd dəqiqə sonra qızılın qiyməti daha da yüksələrək bir troya unsiyası üçün 4 500,9 dollara çatıb. Qeyd edək ki, oktyabrın əvvəlində Nyu-York Ticarət Birjasında qızılın qiyməti tarixdə ilk dəfə olaraq bir troya unsiyası üçün 4 000 dollar həddini aşmışdı. Oktyabrın 15-də isə dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti növbəti rekordunu yeniləyərək bir troya unsiyası üçün 4 200 dollar (təxminən 31 qram) səviyyəsini keçmişdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta