AZ

ABŞ-nin İrəvandakı səfiri yanvarda fəaliyyətini başa vuracaq

ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin Ermənistandakı 3 illik fəaliyyətini yanvarın ortalarında başa vuracaq.

"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat verib və səfirin gedişindən sonra ABŞ-ın Ermənistana qarşı siyasətinin dəyişməyəcəyini vurğulayıb.

Kvin nazir-müşaviri diplomatik rütbəsinə malik ABŞ diplomatik korpusunun yüksək rütbəli üzvüdür. O, 2023-cü il fevralın 16-da İrəvana gəlib. 

Xatırladaq ki, Tramp administrasiyası Bayden iqtidarı dövründə təyin olunmuş bir çox səfiri geri çağırmaq haaqında qərar qəbul edb.

 


Telegram kanalımız
Seçilən
51
yenisabah.az

1Mənbələr