AZ

Türkiyədə minimum əmək haqqı bu qədər OLACAQ

Türkiyədə minimum əmək haqqı artırılır. Vətəninfo.az xəbər verir 2026-cı il üçün minimum əmək haqqının müəyyənləşdirilməsi prosesi yekun mərhələyə yaxınlaşıb. Minimum Əmək Haqqının Müəyyənləşdirilməsi Komissiyası indiyədək iki iclas keçirib və bu həftə baş tutacaq üçüncü iclasda yeni minimum əmək haqqı məbləğinin təsdiqlənməsi gözlənilir.

Milyonlarla işçini birbaşa, bütün vətəndaşları isə dolayı yolla təsir edən yeni minimum əmək haqqı sosial müavinətlərdən tutmuş təcrübə ödənişlərinə qədər bir çox sahəyə təsir göstərəcək. Müzakirələrin 31 dekabr tarixinədək başa çatdırılması planlaşdırılır.

Əvvəlki iclaslarda Əmək və Sosial Təminat naziri Vedat İşıxanın iştirakı ilə TÜRK-İŞ, HAK-İŞ və TİSKO nümayəndələri ilə görüşlər keçirilib, işçi tərəfinin təklifləri və əsas iqtisadi göstəricilər müzakirə olunub. Komissiya 10 üzvdən ibarətdir və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.

Hazırda Türkiyədə xalis minimum əmək haqqı 22 104 türk lirəsi(878 AZN,), ümumi aylıq minimum əmək haqqı isə 26 005,50 türk lirəsi (1 033 AZN)təşkil edir. Yeni müəyyən ediləcək məbləğin 1 yanvar 2026-cı ildən qüvvəyə minəcəyi bildirilir.

Seçilən
148
9
veteninfo.az

10Mənbələr