AZ

Qarri Kasparov HƏBS EDİLİB

Ajans.az TASS agentliyinə istinadən xəbər verir ki, Rusiya məhkəməsi Kasparov barəsində onun saxlanıldığı tarixdən etibarən iki ay müddətinə qiyabi həbs qətimkan tədbiri seçib. Qərara əsasən, o, Rusiya ərazisində tutulacağı və ya ölkəyə ekstradisiya ediləcəyi təqdirdə həbs olunacaq. Bildirilir ki, Qarri Kasparov terror fəaliyyətinə çağırışlar etmək və terrorizmi haqlı çıxarmaqda ittiham olunur. Bu maddələr üzrə ona yeddi ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Qeyd edək ki, Kasparov Rusiya hakimiyyəti tərəfindən ekstremist və terrorçu şəxslər siyahısına daxil edilib, həmçinin Ədliyyə Nazirliyi tərəfindən “xarici agent” kimi tanınıb. O, bundan əvvəl də Rusiyada xarici agentlər haqqında qanunun tələblərini pozmaq ittihamı ilə dəfələrlə məhkəməyə cəlb olunub.

Seçilən
72
Ajans.az

1Mənbələr