AZ

Bu şəxslərə xəbərdarlıq: 30 iyunadək...

“Orta və kiçik sahibkarlıq subyektləri 30 iyun 2026-cı il tarixinədək öz qida obyektlərində Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP) sistemini qurmalıdır”.

Bu barədə “Yeni Sabah” Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. 

Məlumatda qeyd edilib ki, “Qida təhlükəsizliyi haqqında” qanuna əsasən, HACCP sisteminin tətbiqi sahibkarlıq subyektləri üçün məcburidir. 

“HACCP qida təhlükəsizliyini təmin etmək üçün tətbiq olunan idarəetmə sistemidir. Sistem qida məhsullarının təhlükəsizliyinin təmin edilməsinə, keyfiyyətinin yüksəldilməsinə töhfə verir”. 

Agentlik qeyd edir ki, iri sahibkarlıq subyektlərində HACCP-ın tətbiqi başa çatıb. Artıq bu müəssisələrdə aparılan nəzarət tədbirləri zamanı HACCP sisteminin tətbiqi vəziyyəti yoxlanılır. 30 iyun  2026-cı il tarixindən isə orta və kiçik sahibkarlıq subyektlərində sistem tətbiq olunmayan müəssisələrdə qanunvericiliyə uyğun tədbirlər görüləcək. 

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
74
3
yenisabah.az

4Mənbələr