AZ

"Məktəb ailə üçün əlavə stres mənbəyinə çevrilməməlidir" - Əməkdar müəllim

"Valideynlər yorğundur. Müəllimlər gərgindir. Uşaqlar isə bu gərginliyin tam mərkəzindədir. Təhsil müzakirələri artdıqca psixoloji yük də artır... Artıq bunu görməmək mümkün deyil".

Redaktor.az xəbər verir ki, bunu Əməkdar müəllim, təhsil eksperti Sona Əliyeva bildirib.

"Məktəb ailə üçün əlavə stres mənbəyinə çevrilməməlidir. Məktəb, ailəni dəstəkləyən məkana çevrilməlidir.

Təhsildə balans pozulduqca bunun təsiri təkcə tədrislə məhdudlaşmır. Bu, cəmiyyətin ümumi ruh halına, ailədaxili münasibətlərə, uşaqların davranışına qədər gedib çıxır.

Ona görə də bu haqda hamımız düşünməliyik və emosiya dili ilə yox, ağıllı təhllil apararaq danışmalıyıq...", - deyə o qeyd edib.

T.İSMAYIL

Seçilən
37
1
redaktor.az

2Mənbələr