AZ

Ceyhun Bayramov Yunanıstan yeni təyin olunan səfiri ilə görüşüb

23 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov Yunanıstan Respublikasının AzərbaycanRespublikasına yeni təyin olunmuş səfiri Mariya Papakonstantinunuqəbul edib.

Görüş zamanı, səfir Mariya Papakonstantinu etimadnaməsininsurətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatımünasibətilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlararzulayıb.

Görüşdə Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli vəçoxtərəfli əməkdaşlığın mövcud vəziyyəti, habelə regional vəbeynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət və hökumət başçılarımız arasında baş tutan təmasların vəaparılan müzakirələrin əlaqələrimizin təməlini təşkil etməkləyanaşı, əməkdaşlığımıza təkan verdiyi bildirilib.

İkitərəfli siyasi dialoqun, o cümlədən Xarici İşlər Nazirlikləriarasında siyasi və konsulluq məsləhətləşmələrinin mütəmadi qaydadakeçirilməsinin əhəmiyyəti vurğulanıb.

İqtisadiyyat, ticarət, investisiyalar, ənənəvi və bərpa olunanenerji, nəqliyyat və tranzit, gəmiçilik, kənd təsərrüfatı, turizmvə mədəniyyət sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.Azərbaycan ilə Yunanıstan arasında iqtisadi, sənaye və texnolojisahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətiningücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Beynəlxalq və regional formatlar çərçivəsində qarşılıqlı etimadavə bir-birinin legitim maraqlarına hörmətə əsaslanan əməkdaşlığınönəmi qeyd edilib.

Nazir Ceyhun Bayramov səfiri post-münaqişə dövründə regiondaformalaşmış vəziyyət və yeni reallıqlar, eləcə dəAzərbaycan-Ermənistan normallaşma prosesi barədəməlumatlandırıb.

Səfir Mariya Papakonstantinu qəbul üçün təşəkkürünü ifadə edibvə fəaliyyəti dövründə Azərbaycan-Yunanıstan münasibətlərinininkişafına töhfə verilməsi məqsədilə səylərini əsirgəməyəcəyinibildirib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
25
11
az.trend.az

10Mənbələr