Cənubi Koreyanın K239 Chunmoo MLRS-ləri (Çox Namlulu Roket Atıcı Sistemi) Sankt-Peterburq yaxınlığında yerləşdiriləcək.
Qaziler.az xəbər verir ki, “Military Watch Magazine”nin verdiyi məlumata görə, raket sistemləri Estoniya Müdafiə Nazirliyi tərəfindən alınacaq.
Sankt-Peterburq Estoniya sərhədindən təxminən 140 kilometr məsafədə yerləşir. Bu MLRS-lərin mənzili 300 kilometrə çata bilər.
"Estoniyanın strateji mövqeyi ölkədə raket artilleriyasının yerləşdirilməsini xüsusilə vacib və potensial olaraq Rusiya üçün çox həssas edir", - hesabatda deyilir.
QAZİLER.AZ