AZ

Məhkumluq həyatı yaşamış şəxs müavinətini ala bilmədiyini iddia edirVİDEO

Məhkumluq həyatı yaşamış şəxs ona təyin edilən birdəfəlik müavinəti ala bilmədiyini iddia edir.

Paytaxtın Binəqədi rayon sakini Nurlan Ağamuradov “Xəzər Xəbər”ə müsahibəsində deyib ki, bu il noyabrın 7-də məhkumluğunu başa vurub. Bundan sonra o, 1600 manat müavinəti ala bilmək üçün qeydiyyatdan keçib və müvafiq sənədlərini təqdim edib, lakin ona imtina cavabı gəlib.

Xezerxeber.az-ın məlumatına görə, Nurlan Ağamuradov deyir ki, adına rəsmi olaraq heç bir mülkiyyəti mövcud deyil. Hazırda isə işsizdir və gəlir yeri yoxdur.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan “Xəzər Xəbər”ə bildirildi ki, Nurlan Ağamuradovun 12 noyabrda daxil olmuş müraciəti ona ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı deyil, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsinə görədir. Adıçəkilən şəxsə sözügedən müavinət ilk dəfə cəzaçəkmədən azad edildikdən sonra 2022-ci ilin fevralında təyin edilərək ödənilib. Qanunvericiliyə əsasən sosial adaptasiya tədbirləri qarşılıqlı hüquq və vəzifələrə əsaslanır. Qanunla müəyyən edilmiş vəzifələrə əməl edilməməsi, eləcə də birdəfəlik müavinət alındıqdan sonra yenidən cinayət əməli törədilərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunma sosial adaptasiya məqsədlərinə zidd hesab olunur. Göstərilənləri, eləcə də müvafiq birdəfəlik pul müavinətinin təyin olunmasından sonra yenidən cinayət əməli törətməkdə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını nəzərə alaraq, ona cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxs kimi birdəfəlik pul müavinətinin təkrar təyin edilməsi mümkün hesab olunmur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
38
1
xezerxeber.az

2Mənbələr