AZ

Bəzi yük maşını sürücüləri yollarda təhlükəli vəziyyət yaradırlarVİDEO

Hərəkətdə olan iritonnajlı avtomobildən yolun ortasına düşən yük təhlükəli vəziyyət yaradıb.

Xezerxeber.az-ın məlumatına görə, belə bir hadisə paytaxtın Səbail rayonu, Niyazi küçəsində baş verib.

Qeyd edək ki, son zamanlar bu kimi hallar tez-tez baş verir. Müşahidələr göstərir ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi sürücülər nəticə çıxarmırlar. Nəticədə digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaranır və yol infrastukturuna zərər dəyir.

Odur ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bu məsələ ilə bağlı sürücülərə müraciət edib.

Mövzu ilə bağlı danışan nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyir ki, yüklər nəqliyyat vasitəsindən kənara yol verilən həddən çox cixmamalıdır. Maksimum bir metr arxaya, 40 sm saga-sola cıxa bilər. Yük vurulandan sonra nəqliyyat vasitəsinin ümumi hündürlüyü 4 metri aşmamalıdır.

Sığortalı avtomobilin sürücüsü yükdaşıma qaydalarını pozaraq başqa avtomobilə zərər vurarsa, dəymiş ziyanın maksimum 5000 manatı sığorta şirkəti tərəfindən ödənilir. Əgər əlavə xərc olarsa, bu məbləği sürücü özü ödəməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
39
xezerxeber.az

1Mənbələr