Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Əli Əhməd Əl-Həddadın olduğu “Falcon-50” tipli təyyarə Türkiyədə qəzaya uğrayıb.
Heftelik.az-ın Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, Məhəmməd Əli ƏhmƏd Əl-Həddad bu gün Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüş keçirib.
Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə birgə 5 nəfər nümayəndə heyəti üzvü, 2 pilot və 1 bort bələdçisi olduğu təyyarə Ankarada “Esenboğa” Hava Limanından havaya qalıxıb. Tripoliyə uçan təyyarənin pilotu bir müddət sonra elektrik sistemində problem olduğunu bildirib və təyyarənin “Esenboğa” Hava Limanına geri dönməsi üçün icazə istəyib. Hava limanında hazırlıq görülüb, lakin 40 dəqiqə sonra – saat 20.52-də Haymana üzərində əlaqə kəsilib.