AZ

Türkiyədə qəzaya uğrayan Liviya təyyarəsinin “qara qutu”su tapılıb

Türkiyədə qəzaya uğrayan və göyərtəsində Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd əl-Həddadın da olduğu "Falcon 50" təyyarəsinin “qara qutu”su tapılıb.

 

Senzor.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin daxili işlər naziri Ali Yerlikaya deyib.

 

O bildirib ki, saat 02:45-də təyyarəyə məxsus səs qeydiyyat cihazı, 03:20-də isə "qara qutu" tapılıb və onların araşdırılmasına başlanılıb.

 

"Liviya Müdafiə Nazirliyi tərəfindən göndərilən və içərisində həlak olanların yaxınlarından 5 nəfərin də daxil olduğu 14 nəfərlik heyət, eləcə də Liviya Daxili İşlər Nazirliyi tərəfindən göndərilən 8 nəfərlik heyət Ankaraya gəlib. Bu faciəvi qəza ilə əlaqədar Liviya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verirəm. Araşdırmalar davam edir və detallar müəyyənləşdikcə ictimaiyyətlə bölüşüləcək", - Türkiyə DİN başçısı vurğulayıb.

 

Xatırladaq ki, Ankaradan Tripoliyə uçan "9H-DFJ" nömrəli "Falcon 50" biznes təyyarəsi ilə dekabrın 23-ü saat 20:52-də əlaqə kəsilib. Haymana yaxınlığında təyyarədən təcili eniş tələbi alınıb, lakin təyyarə ilə əlaqə sonradan bərpa olunmayıb və bir müddət sonra təyyarənin qəzaya uğradığı məlum olub.


Seçilən
25
8
senzor.az

10Mənbələr