AZ

Ankarada qəzaya uğrayan təyyarənin "qara qutu"su tapıldı

Türkiyədə qəzaya uğrayan və göyərtəsində Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd əl-Həddadın olduğu "Falcon 50" təyyarəsinin "qara qutu"su tapılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.
 
O bildirib ki, saat 02:45-də təyyarəyə məxsus səs qeydiyyat cihazı, 03:20-də isə "qara qutu" tapılıb və onların araşdırılmasına başlanılıb:
 
"Liviya Müdafiə Nazirliyi tərəfindən göndərilən və içərisində həlak olanların yaxınlarından 5 nəfərin də daxil olduğu 14 nəfərlik heyət, eləcə də Liviya Daxili İşlər Nazirliyi tərəfindən göndərilən 8 nəfərlik heyət Ankaraya gəlib. Bu faciəvi qəza ilə əlaqədar Liviya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verirəm. Araşdırmalar davam edir və detallar müəyyənləşdikcə ictimaiyyətlə bölüşüləcək".
 
Qeyd edək ki, Ankaradan Tripoliyə uçan "9H-DFJ" nömrəli "Falcon 50" biznes təyyarəsi ilə dekabrın 23-ü saat 20:52-də əlaqə kəsilib. Haymana yaxınlığında təyyarədən təcili eniş tələbi alınıb, lakin təyyarə ilə əlaqə sonradan bərpa olunmayıb və bir müddət sonra təyyarənin qəzaya uğradığı məlum olub.
Seçilən
22
8
moderator.az

10Mənbələr