AZ

"Arsenal" İngiltərə Liqa Kubokunun yarımfinalına vəsiqə qazanıb

Londondakı "Emirates" stadionunda keçirilən İngiltərə Liqa Kubokunun dörddəbir final oyunu "Arsenal" və "Kristal Palas" arasında başa çatıb.

"Far.Az"un məlumatına görə, əsas vaxt 1-1 hesabı ilə başa çatıb və "Arsenal" penaltilər seriyasında 8-7 hesabı ilə qalib gəlib.

"Arsenal" İngiltərə Liqa Kubokunun yarımfinalında "Çelsi" ilə, "Nyukasl Yunayted" və "Mançester Siti" isə digər oyunda qarşılaşacaq. Yarımfinalın ilk oyunları 12 yanvar həftəsində, cavab oyunları isə 2 fevral həftəsində keçiriləcək.

Turnirin hazırkı qalibi əvvəlki turnirin finalında "Liverpul"u 2-1 hesabı ilə məğlub edən "Nyukasl Yunayted"dir.

Seçilən
36
4
far.az

9Mənbələr