İtaliya dövlət himnində ölkə çağırışından sonra səslənən “Si!” (“Bəli!”) ifadəsi çıxarılıb.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi İtaliya hökumətindəki mənbələrə istinadən xəbər yayıb.
Məlumata əsasən, İtaliyanın müdafiə qərargahı son həftələrdə bu dəyişikliklə bağlı rəsmi təlimatlar verib. Qərar may ayında rəsmi qəzetdə dərc olunmuş və himnin orijinal versiyasına istinad edən prezident fərmanına uyğunlaşdırılıb.
Dəyişiklikdən əvvəl himn bu sözlərlə bitirdi: “Ölməyə hazırıq, ölməyə hazırıq, İtaliya çağırır! Bəli!” Prezident administrasiyasındakı mənbənin bildirdiyinə görə, dəyişiklik siyasi səbəblərlə deyil, aydınlıq yaratmaq və orijinal mətndə olmayan əlavəni çıxarmaq məqsədi ilə edilib.