Qazaxıstanda KazTAG xəbər agentliyinin baş redaktoru Əmir Kasenov saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə KazTAG-ın direktoru Asset Matayev özünün teleqram kanalında bildirib.
"İstintaq hərəkətləri üçün Astananın Yesil rayonunun Daxili İşlər İdarəsinə çağırılan KazTAG-ın baş redaktoru Əmir Kasenovun vəkilləri onun həbs olunduğunu elan etdilər. Mən bunu hakimiyyət və istintaqı əmr edənlər tərəfindən hüquqi sui-istifadə hesab edirəm. Qazaxıstanda ədalət olarsa, Əmirə qarşı bütün ittihamlar ləğv ediləcək və o, azadlığa buraxılacaq", - Matayev qeyd edib.
"Kommersant" qəzetinin məlumatına görə, Matayevə qarşı cinayət işi dekabrın 8-də açılıb. İttihamların təfərrüatları rəsmi olaraq dərc olunmayıb.
KazTAG-ın məlumatına görə, cinayət təqibi Rusiyada anadan olmuş milyarder Timur Turlovun nəzarətində olan investisiya şirkəti olan Freedom Finance-ın bəyanatına əsaslanıb. Agentlik Turlovun yüksək vəzifəli şəxslərindən birinin fəaliyyəti ilə bağlı iddia edilən saxtakarlıq sxemləri haqqında materiallar dərc edib.
Zeynəb Rzayeva