AZ

Rusiyada polis avtomobili partladıldı – Ölən və yaralananlar var – VİDEO

Moskva şəhərinin Yeletskaya küçəsində polis avtomobilinin partladılması nəticəsində iki polis əməkdaşı ölüb.

Bizim.Media Rusiya KİV-ə istinadən xəbər verir ki, gecə saat təxminən 01:30 radələrində naməlum şəxs polis avtomobilinə yaxınlaşaraq içərisinə naməlum qurğu olan bağlama atıb. 

Həmin bağlamanın partlaması nəticəsində iki polis həyatını itirib, daha iki nəfər isə xəstəxanaya yerləşdirilib.
 

Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsinin istintaq orqanları tərəfindən cinayət işi başlanılıb. Hücumu törədən şəxs axtarışdadır.


Qeyd edək ki, insident bir neçə gün əvvəl Rusiya Silahlı Qüvvələrinin general-mayoru Fanil Sarvarovun avtomobilinin partladıldığı eyni küçədə baş verib.


Bizim.Media 

Seçilən
18
1
bizim.media

2Mənbələr