Saatlı rayonunda iki nəfər dəm qazından boğulub.
23.12.2025-ci il tarixdə Saatlı rayon Qara Nuru kənd sakinləri - İsmayılov İbrəhim Hüseyn oğlu və İsmayılova Pəri Edil qızının yaşadıqları evdə dəm qazından zəhərlənərək ölmələri faktına görə Saatlı rayon prokurorluğunda araşdırma aparılır.