AZ

I Liqa: Səbail autsayderə qarşı, Mingəçevir Şahdağ Qusar ı qonaq edir

Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu gün Azərbaycan I Liqasında XII tur start götürəcək. 

Fanat.Az xəbər verir ki, ilin son turu iki günü əhatə edəcək. 

XII turun iki oyunu eyni vaxtda - saat 14:00-da, biri isə yarım saat gec başlayacaq.

Ramiz Məmmədovlu "Mingəçevir" ilə doğma meydanda yekun vuracaq.  Sözügedən komanda "Şahdağ Qusar"ı qonaq edəcək. 

Çempionluğa iddialı "Səbail" də evdə oynayacaq. Adil Şükürovun baş məşqçisi olduğu komanda aşkar autsayder "Şimal"ı sınağa çəkəcək. 

Günün son oyunu Buzovnada baş tutacaq. Liderin ən yaxın izləyicisi "Baku Sportinq" "Zaqatala" ilə münasibətlərinə aydınlıq gətirəcək. 

Qeyd edək ki, tura sabah yekun vurulacaq. 

Azərbaycan I Liqası 

XII tur

24 dekabr 

14:00. “Mingəçevir” – “Şahdağ Qusar”  

Hakimlər: Emin Əliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, İslam Məmmədov. 

Hakim-inspektor: Ömər Paşayev. 

AFFA nümayəndəsi: Elçin Mehtiyev. 

Mingəçevir. Y.Məmmədzadə adına  şəhər stadionu, ehtiyat meydança. 

14:00. “Səbail” – “Şimal” 

Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Nəriman Ağayev. 

Hakim-inspektor: Şahin Cəfərov. 

AFFA nümayəndəsi: Elgiz Abbasov. 

Bayıl. “ASCO Arena”. 

14:30. “Baku Sportinq” – “Zaqatala”

Hakimlər: Elvin Bayramov, Teymur Teymurov, Şirmamed Mamedov, Şamil İmanzadə. 

Hakim-inspektor: Vüsal Əliyev. 

AFFA nümayəndəsi: Zümrüd Ağayeva. 

Buzovna qəsəbə stadionu.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
1
fanat.az

2Mənbələr