AZ

Cinayətdə şübhəli bilinən 38 nəfər saxlanıldı

Dekabrın 23-də ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   
 
DİN-in Mətbuat Xidmətindən Moderator.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 224, o cümlədən borclu şəxs qismində axtarışda olan 194 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      
 
Narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.
 
Seçilən
69
49
moderator.az

10Mənbələr