AZ

Yəmən hökuməti ilə husilər arasında əsir mübadiləsi üzrə razılaşma əldə olundu

Yəmən hökuməti ilə husilər arasında əsir mübadiləsi ilə bağlı aparılan danışıqlar razılaşma ilə yekunlaşıb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, tərəflər Oman paytaxtı Maskatda bir neçə gün davam edən görüşlərdən sonra əsir mübadiləsi haqqında saziş imzalayıblar.

Husilərin Əsirlər Komitəsi tərəfindən yayılan yazılı açıqlamada bildirilib ki, razılaşmaya əsasən husilərin nəzarətində olan 1700 əsir azad ediləcək, bunun müqabilində isə Yəmən hökumətinin saxladığı 1200 əsir sərbəst buraxılacaq. Azad ediləcək şəxslər arasında 7 Səudiyyə Ərəbistanı və 23 Sudan vətəndaşının da olduğu qeyd olunub.

Eyni zamanda açıqlamada vurğulanıb ki, razılaşma çərçivəsində husilər tərəfindən İslah Partiyasının deputatı Məhəmməd Kahtan və daha yeddi Səudiyyə Ərəbistanı vətəndaşının azadlığa buraxılması da nəzərdə tutulur.

Qeyd edək ki, bu razılaşma Yəməndə uzun müddətdir davam edən münaqişə fonunda humanitar proseslərin irəliləməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

// Gülnarə Abasova, Editor.az

Seçilən
35
editor.az

1Mənbələr