AZ

SON DƏQİQƏ! Yeni il tətilinin vaxtı dəqiqləşdi – RƏSMİ

Bəzi təhsil müəssisələrində ayın 29 və 30-u tarixlərinin Yeni il bayramı ilə əlaqədar həftə sonu günləri ilə əvəzlənərək 27 və 28-i tarixlərinə keçirilməsi ilə bağlı məlumat yayılıb. Hətta bəzi məktəblərdə bu barədə valideynlərə əvvəlcədən məlumat verildiyi də bildirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib ki, iddialar doğru deyil.

"Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə bağlı qərar olmadığı üçün dərs və istirahət günlərinin yerinin dəyişdirilməsi nəzərdə tutulmur. Aidiyyəti məsələlərlə bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur", - deyə ETN-dən bildirilib.

Seçilən
14
10
news365.az

10Mənbələr