AZ

Azərbaycan Din Xadimlərinin Forumu digər ölkələrdəki analoji tədbirlərdən seçilir - Gündüz İsmayılov

Bakı. Trend:

Azərbaycan Din Xadimlərinin Forumunun iştirakçılarına baxsaq,görərik ki, bu forum digər ölkələrdə keçirilən analoji tədbirlərdənfərqlənir.

Trend xəbərverir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrmüavini Gündüz İsmayılov Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində jurnalistlərə açıqlamasındadeyib.

Sədr müavininin sözlərinə görə, fərq ondan ibarətdir ki,Azərbaycan din xadimlərinin forumunda yalnız bir dini mənsubluq vəya bir dini konfessiyaya aid olan din xadimləri iştirak etmir:

“Azərbaycanda fəaliyyət göstərən bütün dini konfessiyaların, ocümlədən dini icmaların din xadimləri bu forumda təmsilolunublar.

Qafqaz Müsəlmanları İdarəsi İslam dini icmaları ilə yanaşı,Azərbaycanda fəaliyyət göstərən müxtəlif xristian icmaları —pravoslav icmaları, o cümlədən Rus Pravoslav və Gürcü Pravoslavkilsələri, həmçinin Lüteran kilsəsi və digər xristian, protestanticmaları da forumda təmsil olunurlar.

Azərbaycanda fəaliyyət göstərən yəhudi dini icmalarının hamısıforumun işində iştirak edir”.

G.İsmayılovun sözlərinə görə, digər önəmli məqamlardan biriondan ibarətdir ki, ənənəvi dini konfessiyalarla yanaşı, DiniQurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçmiş,sayından asılı olmayaraq kiçik icmalar da forumda təmsilolunublar:

“Daha bir mühüm məqam isə ondan ibarətdir ki, forumdaRespublikanın bütün bölgələri təmsil olunub. Burada yalnız İslamicmaları deyil, Azərbaycanın bölgələrində fəaliyyət göstərənqeyri-islam dini icmaları da iştirak edirlər.

Forumun panellərinə, iştirakçılarına və mövzularına diqqətyetirsəniz görərsiniz ki, Azərbaycanda dövlət–din münasibətlərinintənzimlənməsi, dini təhsil, multikulturalizm və tolerantlıqdəyərləri, eləcə də qadın hüquqları məsələləri əsas müzakirəmövzuları sırasındadır”.

Seçilən
34
3
az.trend.az

4Mənbələr