AZ

Trampın zarafatı Silvestr Stalloneni güldürdü

ABŞ Prezidenti Donald Tramp mədəniyyət sahəsində xidmətlərə görə mükafatlandırma mərasimində etdiyi zarafatla məşhur aktyor Silvestr Stalloneni güldürüb.

"Slaydan (Silvestr) çətin sənə kömək gəlsin", - deyə ABŞ prezidenti zarafat edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Economic Times" (TET) nəşri məlumat verib.

"Köməyə ehtiyacım olanda bilirdim ki, Slaya müraciət etmək lazım deyil. O, yanımda olmayacaqdı. Amma bu axşamdan sonra o (köməyə - red.) gələcək", - deyə Tramp bildirib.

Silvestr Stallone Donald Trampın 2025-ci ildə Con Kennedi adına Mərkəzin İfa Sənətləri Mükafatı ilə təltif etdiyi aktyorlar və musiqiçilər sırasına daxil olub.

Tramp, həmçinin Stalloneni xüsusi dost adlandırıb və aktyorun inanılmaz işlər gördüyünü vurğulayıb. O, digər laureatları indiyə qədər səhnəyə çıxmış ən yaxşı sənətçilər, ABŞ-nin və onun özünün tərəfindən sevilənlər kimi xarakterizə edib.

ABŞ prezidenti mərasimdə tədbir aparıcısı rolunda çıxış edib. O, tədbirin aparıcısı kimi çıxış edən ilk prezident olub.

https://t.me/oxuaze/167635

"Cebheinfo.az"

Seçilən
34
1
cebheinfo.az

2Mənbələr