Bakı. Trend:
Dekabrın 24-də Serbiya Respublikasının Prezidenti AleksandarVuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəngedib.
Trend xəbərverir ki, Aleksandar Vuçiç dövlətimizin başçısını ad günümünasibətilə təbrik edərək, ona prezidentlik fəaliyyətində yeniuğurlar və cansağlığı arzulayıb.
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görəminnətdarlığını ifadə edib.
Telefon söhbəti zamanı Prezident İlham Əliyevlə PrezidentAleksandar Vuçiçin görüşləri məmnunluqla xatırlanıb, iki ölkəarasında tərəfdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyivurğulanıb.
Dövlət başçıları ikitərəfli əlaqələrin perspektivləri vəqarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsiaparıblar.