Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən siyasət dövlətçilik ənənələrinə söykənir və uzunmüddətli hədəfləri ehtiva edir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi qəbul olunması təsadüfi deyil. Ölkəmiz bu gün dialoq təşəbbüsləri, çoxtərəfli əməkdaşlıq modelləri və regional layihələr vasitəsilə sabitliyin və inkişafın əsas aparıcı qüvvələrindən biri kimi çıxış edir. Xüsusilə müharibədən sonrakı dövrdə Azərbaycanın mövqeyi diktə edən qalib ölkə statusu ilə daha da möhkəmlənib.
Dövlət başçısının siyasi fəaliyyəti yalnız qələbələrlə deyil, həm də məsuliyyətli idarəçilik nümunəsi ilə xarakterizə olunur. Azərbaycanın beynəlxalq platformalarda fəal iştirakı, qlobal çağırışlara adekvat cavab verməsi və humanitar təşəbbüslərlə çıxış etməsi Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin göstəricisidir. Bu gün Azərbaycan güclü dövlət obrazını məhz düşünülmüş və milli maraqlara əsaslanan siyasət hesabına formalaşdırıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31