Digər müsbət tərəf ondan ibarətdir ki, 3 illik bakalavr magistratura mərhələsini daha məntiqli və məqsədli edir. Yəni bakalavr baza bilikləri verir, magistratura isə ixtisaslaşmanı dərinləşdirir. Bu da “hamı oxusun deyə oxuyur” yanaşmasından çıxıb, şüurlu akademik seçimlərə yol açır”.
Günay Əkbərova qeyd edib ki, yenilik tətbiq ediləcəksə, tədris proqramları yüngülləşdirilməməli, sadəcə daha səmərəli və nəticəyönümlü şəkildə yenidən qurulmalıdır: “Əks halda, 3 il formallığa çevrilərsə, bu, keyfiyyət itkisinə gətirib çıxara bilər. Müəllim hazırlığı, qiymətləndirmə mexanizmləri, praktiki məşğələlər və universitet–əmək bazarı əlaqələri paralel şəkildə gücləndirilməlidir.
Yekun olaraq deyə bilərəm ki, 3 illik bakalavr təhsili özü-özlüyündə nə yaxşı, nə də pisdir. Onu uğurlu edən məzmun, yanaşma və icra mexanizmidir. Əgər bu keçid tələskənliklə yox, mərhələli və düşünülmüş şəkildə aparılarsa, Azərbaycan ali təhsili üçün yeni və daha çevik bir mərhələnin başlanğıcı ola bilər”.