AZ

Körpəsinin ölümünə səbəb olan ata 30 il həbs cəzası aldı

ABŞ-də azyaşlı övladının ölümü ilə nəticələnən hadisəyə görə bir nəfər uzunmüddətli həbs cəzası alıb.

Milli.Az xəbər verir ki, hadisə barədə "People" nəşri yazıb. Bildirilir ki, 2025-ci il yanvarın 25-də Florida ştatında yaşayan 21 yaşlı Castin Qolden avtomobildə uşağın anası və 8 aylıq oğlu Pablo ilə birlikdə səfərdə olub. Yol zamanı cütlük arasında uşaq salfetləri və pul məsələsi üstündə mübahisə yaranıb.

İstintaqın müəyyən etdiyinə görə, mübahisə gərginləşdikdən sonra Qolden maşını saxlayaraq körpəni avtomobildən çıxarıb. Nəticədə azyaşlı ağır xəsarətlər alıb.

Hadisə yerinə çağırılan təcili tibbi yardım uşağı xəstəxanaya aparsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qolden isə hadisədən sonra qaçmağa çalışıb, lakin qısa müddət ərzində hüquq-mühafizə orqanları tərəfindən tutulub.

Məhkəmə prosesində təqsirləndirilən şəxs günahını qəbul edib və peşmanlığını ifadə edib. Məhkəmənin qərarı ilə Castin Qolden 30 il müddətinə azadlıqdan məhrum olunub.

Asya
Milli.Az

Seçilən
58
2
milli.az

10Mənbələr