AZ

Nəriman Həsənzadənin sağlıq durumu necədir?



Xalq şairi Nəriman Həsənzadənin müalicəsi Mərkəzi Klinik Xəstəxanasında davam edir.


Medicina.az xəbər verir ki, bunu Teleqraf-a Xalq şairi Nəriman Həsənzadənin köməkçisi Arif Mehmandost deyib.


“Nəriman Həsənzadənin səhhəti normaldır. Onun müalicəsi palatada davam edir", - deyə A.Mehmandost əlavə edib.

Qeyd edək ki, Nəriman Həsənzadənin 94 yaşı var. O, böyrək çatışmazlığından əziyyət çəkir.

Seçilən
40
8
medicina.az

9Mənbələr