AZ

İşğal dövründə Ağdam urbisidə məruz qalıb - İlham Əliyev

Ajans.az xəbər verir bu sözləri Prezident İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşündə deyib. Bu münasibətlə onları ürəkdən təbrik edən dövlətimizin başçısı bildirib:

“Əminəm ki, burada siz rahat yaşayacaqsınız, əmin-amanlıq şəraitində yaşayacaqsınız”.

Prezident bildirib ki, işğal dövründə Ağdam demək olar ki, urbisidə məruz qalıb. Yəni şəhər Ermənistan dövləti tərəfindən tamamilə dağıdılıb. “Bu, Ermənistan dövlətinin məqsədyönlü siyasəti, bizə qarşı olan düşmənçiliyin bariz nümunəsi idi. Məqsəd də tam aydın idi”, - deyə dövlətimizin başçısı əlavə edib. Ölkə başçısı qeyd edib ki, bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir.

"Üç kənddə insanlar yaşayır. Mən bu kəndlərin yenidən istifadəyə verilməsi mərasimlərində iştirak etmişəm - Kəngərli, Sarıcalı, Xıdırlı".

Həmin kəndlərdə indi bir neçə min insanın yaşadığını və bu köç prosesinin davam etdiyini söyləyən dövlətimizin başçısı vurğulayıb:

“Bu gün Ağdam şəhərində artıq insanlar yerləşir və bu yaşayış məhəlləsindəki 1268 mənzildə ağdamlılar yerləşəcək”.

Seçilən
7
35
Ajans.az

10Mənbələr