AZ

"Karvan-Yevlax"ın qış hazırlıq planı bəlli oldu

style='margin-bottom:10px;'>

"Karvan-Yevlax"ın qış hazırlıq planı bəlli olub.

QOL.az xəbər verir ki, “Neftçi” ilə dekabrın 20-də keçirilən oyundan sonra istirahətə buraxılan klub yanvarın 3-də Yevlaxda toplaşacaq. Komandanın toplanışı çərçivəsində 2 yoxlama oyunu keçirməsi nəzərdə tutulur.

Artıq rəqiblərdən birinin adına aydınlıq gəlib. Belə ki, Füzuli Məmmədovun rəhbərlik etdiyi kollektiv yanvarın 17-də Yevlaxda "Kəpəz"lə qarşılaşacaq. Digər rəqibin adına yaxın günlərdə aydınlıq gələcək.

Qeyd edək ki, klub 2026-ci ildə ilk rəsmi oyununu Misli Premyer Liqasının 17-ci turu çərçivəsində yanvarın 25-də səfərdə “Sabah” klubuna qarşı keçirəcək.

Seçilən
14
1
teleqraf.com

4Mənbələr