AZ

TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevi təbrik edib

Bakı. Trend:

TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un Baş Katibliyiadından Zati-alinizi doğum günü münasibətilə ən səmimi arzularımlatəbrik edirəm.
Bu əlamətdar günün Sizin üçün sağlamlıq, xoşbəxtlik və əmin-amanlıqdolu yeni bir ilin başlanğıcı olmasını arzu edirəm.

Həyatınızı Azərbaycan xalqına və Türk Dünyasının ortaqgələcəyinə həsr etdiyiniz bu şərəfli yolda ölkənizin rifahı,sabitliyi və inkişafı naminə nümayiş etdirdiyiniz qətiyyətli vəuzaqgörən liderlik təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyasıüçün mühüm qürur mənbəyidir.

Azərbaycan Respublikasının Türk mədəniyyətinin qorunması,inkişaf etdirilməsi və beynəlxalq miqyasda tanıdılmasıistiqamətindəki ardıcıl mövqeyi, eləcə də TÜRKSOY-a göstərdiyidəyərli dəstək xalqlarımız tərəfindən daim böyük hörmət və təqdirləqarşılanır.

Zati-alinizin Türk dünyasında birlik və həmrəyliyinmöhkəmləndirilməsinə yönəlmiş strateji baxışı ortaq tarix, dil vəmədəniyyət bağlarımızı daha da gücləndirir, dövlətlərimiz arasındaqardaşlıq münasibətlərini möhkəm əsaslar üzərində gələcəyə aparır.Azərbaycanın beynəlxalq arenada artan nüfuzu, eləcə də regional vəqlobal sülhə verdiyi töhfələr diqqətlə izlənilir və yüksəkqiymətləndirilir.

Bu əlamətdar gün münasibətilə Zati-alinizə bir daha möhkəmcansağlığı, firavanlıq və davamlı uğurlar arzulayır, AzərbaycanRespublikasının və əziz Azərbaycan xalqının sülh, sabitlik və rifahşəraitində inkişafının davam etməsini Uca Allahdan diləyirəm.

Zati-aliləri, dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahişedirəm".

Seçilən
38
16
az.trend.az

10Mənbələr