AZ

Pet Finn vəfat edib

Yeniavaz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Friends” (1994-2004) və “Doctor House” (2004-2012) seriallarında epizodik rolları canlandıran amerikalı aktyor Pet Finn 61 yaşında vəfat edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “New York Post” (NYP) məlumat yayıb.

Bildirilib ki, Finn dekabrın 22-də vəfat edib. O, 2022-ci ildən xərçənglə mübarizə aparırdı.

“Finn ailəsi çox böyük kədər hissi ilə sevimli komediya aktyoru Pet Finnin vəfatını elan edir”, – nəşr aktyorun nümayəndəsinin bəyanatından sitat gətirib. 

Qeyd edək ki, “Friends”də Finn Monikanın sevgilisi Doktor Roceri, “Doctor House”da isə senator Andersonu canlandırıb. Finnin müxtəlif filmlərdə və televiziya seriallarında 60-dan çox rolu var.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
59
3
yeniavaz.com

7Mənbələr