AZ

Kazanda "Baku Dvorik" restoranının fəaliyyətini məhkəmə dayandırıb



Tatarıstanın paytaxtı Kazanda "Baku Dvorik" restoranının fəaliyyətini məhkəmə dayandırıb.

Newscenter.az "Kommersant"a istinadən bildirir ki, müştərilər Verka Serduçka mahnısı sədaları altında rəqs etdikdən sonra məhkəmə obyektin bağlanması haqqında qərar çıxarıb. Qanun pozuntuları Tatarıstan prokurorluğunun yoxlamasından sonra aşkar edilib.

Novo-Savinovski Məhkəməsinin sənədlərinə görə, müəssisə rəhbəri dəfələrlə Rusiya Federasiyası Silahlı Qüvvələrini nüfuzdan salmağa yönəlmiş ictimai hərəkətlərə yol verib.

Binanın kirayəçisi OOO Buta və təşkilatın direktoru Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.3.3-cü maddəsinə (Rusiya Federasiyasının və onun vətəndaşlarının maraqlarını qorumaq üçün Rusiya Silahlı Qüvvələrindən istifadəni nüfuzdan salmağa yönəlmiş açıq hərəkətlər) əsasən müvafiq olaraq 300.000 rubl və 100.000 rubl məbləğində cərimələniblər.

Kafedə yanğın təhlükəsizliyi və terrorizmə qarşı mübarizə qaydalarının da pozulduğu aşkar edilib.

Cavid
Seçilən
51
12
newscenter.az

10Mənbələr