Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında sakinlərlə maraqlı dialoqu yaşanıb.
Publika.az ölkə rəhbərliyi ilə vətəndaş Mahir Hüseynov arasında yaşanan səmimi dialoqu təqdim edir:
- Maarif Hüseynov: Öpürəm Sizi. Bütün Azərbaycanı yaşatdın, təkcə Ağdamı yox. Ağdamın əhalisi səni çox istəyir, sənin arxandadır, necə deyim, ürəyin istəyən qədər sənə köməyi var. Öpürəm səni, öpürəm.
Prezident İlham Əliyev: Çox sağ olun. Bilirsiniz, biz Eyvazxanbəylidə də gözəl bir mərkəz yaradacağıq.
Maarif Hüseynov: Sağ olun, bilirəm, bilirəm.