AZ

ETSN ilə BMT arasında gələcək fəaliyyət istiqamətlərinə dair müzakirələr aparıldı - FOTO

Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyevanın ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar onunla görüşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq əlaqələri, həmçinin gələcək fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyevaya ölkəmizdə səlahiyyət müddəti ərzində səmərəli tərəfdaşlığa və əməkdaşlığa görə təşəkkür bildirilib.


Bizim.Media

Seçilən
23
2
bizim.media

7Mənbələr