AZ

Tramp CBS, ABC və NBC-ni qərəzli mövqedə ittiham edib

BAKI, 25 dekabr. TELEQRAF

ABŞ prezidenti Donald Tramp özünə və Respublikaçılar Partiyasına mənfi münasibət bəsləyən bir neçə media qurumunun yayım lisenziyalarının ləğv olunmasına yenidən çağırış edib.

Teleqraf xəbər verir ki, bu barədə Tramp "Truth Social" platformasında paylaşım edib.

O, paylaşımda televiziya, xəbər kanallarını və onların axşam şoularını kəskin tənqid edib.

“Əgər televiziya xəbər kanalları və onların gecə şouları demək olar ki, 100 faiz prezident Donald Trampa, MAGA hərəkatına və Respublikaçılar Partiyasına qarşı mənfidirsə, onların son dərəcə dəyərli yayım lisenziyaları ləğv edilməməlidirmi? Mən deyirəm: BƏLİ!” – deyə Tramp bildirib.

ABŞ prezidenti respublikaçılara və dövlət başçısına qarşı qərəzli mövqe tutan üç iri media qurumunu tənqid edib.

“Axşam proqramlarında ən pis aparıcılar kimdədir, CBS, ABC, yoxsa NBC? Onların hamısında üç ümumi cəhət var: yüksək maaşlar, istedadın olmaması və çox aşağı reytinqlər!” – deyə Tramp vurğulayıb.

O, həmçinin "CBS News" kanalında yayımlanan “The Late Show with Stephen Colbert” proqramının keçmiş aparıcısı Stiven Kolbert barədə ayrıca fikirlər səsləndirib.

“Stiven Kolbert yazıq bir məğlubdur, nə istedadı var, nə də şou-biznesdə uğur üçün lazım olan başqa xüsusiyyətləri. CBS onu işdən çıxarıb taleyin ümidinə buraxandan sonra o, sıfır reytinqləri kimi daha da pisləşib. Stiven nifrət və qəzəblə yaşayır, sanki gəzən ölüdür!” – deyə Tramp bildirib.

Seçilən
44
teleqraf.com

1Mənbələr