AZ

Mərkəzi Bank 2026-cı ildə 8 dəfə faiz qərarı açıqlayacaq

Azərbaycan Respublikası Mərkəzi Bankı öul siyasəti qərarlarının (faiz qərarlarının) ictimaiyyətə açıqlanması qrafikini dərc edib. 

Marja.az Azərbaycan Respublikası Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatına istinadən xəbər verir ki, 2026-cı ildə faiz dəhlizinin parametrlərinə dair qərarlar 8 dəfə olmaqla aşağıdakı qrafiklə ictimaiyyətə təqdim ediləcəkdir:

4 fevral

2 aprel

6 may

24 iyun

5 avqust

23 sentyabr

4 noyabr

23 dekabr

2026-cı ilin 4 fevral, 6 may, 5 avqust və 4 noyabr tarixlərində qərarın açıqlanması mətbuat konfransı ilə müşayiət olunacaq, həmçinin həmin günlərdə ekspertlərlə görüşlər keçiriləcəkdir. Qərarlar elan olunduqdan sonrakı iş günündə qüvvəyə minəcəkdir.

Seçilən
78
5
marja.az

7Mənbələr