AZ

"Çelsi"də bu mövsüm debüt etməyən futbolçu "Roma"ya keçə bilər

Bakı. Trend:

“Roma” Aksel Disasini transfer etməkdə maraqlıdır.

Trend "RMCSport"a istinadən xəbər verir ki, İtaliya klubu qış transferpəncərəsində “Çelsi” müdafiəçisini icarəyə götürməyi müzakirə edir.Fransalı futbolçu Roma baş məşqçisi Jan Piero Qasperininindiqqətini çəkib. O, rəhbərliyə Disasini komandada görmək istədiyinibildirib.

Qeyd edək ki, 27 yaşlı oyunçu bu mövsüm London klubunda heç birmatç keçirməyib.

Seçilən
58
az.trend.az

1Mənbələr