AZ

“Belə insidentlər mövcud güc balansına birbaşa təsir göstərir”

ain.az bildirir, Xalqcebhesi portalına istinadən.

“Gecə saatlarında radardan itən və yüksək rütbəli hərbi heyətin həlak olması ilə nəticələnən təyyarə qəzası hadisənin texniki səbəblərindən daha çox, yaratdığı siyasi nəticələr baxımından diqqət çəkir. Belə insidentlər xüsusilə qeyri-sabit regionlarla bağlı olduqda, mövcud güc balansına birbaşa təsir göstərir”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Alim Nəsirov deyib.

O qeyd edib ki, yüksək səviyyəli hərbi rəhbərliyin eyni anda itirilməsi komanda zəncirində boşluq yaradır, qərarvermə proseslərini ləngidir və sahədə nəzarət mexanizmlərini zəiflədir: “Bu isə daxili rəqabəti gücləndirə, müxtəlif qruplar arasında etimadsızlığı artıra və situativ üstünlüklərin sürətlə dəyişməsinə səbəb ola bilər”.

A.Nəsirovun bildirdiyinə görə, digər tərəfdən, bu tip hadisələr təkcə hərbi deyil, informasiya və psixoloji müstəvidə də ciddi nəticələr doğurur: “Qəzanın detalları tam aydınlaşmadan formalaşan fərziyyələr, hadisəni planlaşdırılmış ssenari kimi təqdim edən yanaşmalar ictimai rəyə təsir göstərmək məqsədi daşıyır. Belə vəziyyətlərdə qəzanın özü qədər onun ətrafında qurulan narrativlər də siyasi alətə çevrilir. Nəticədə texniki izahlar arxa plana keçir, emosional və manipulyativ şərhlər ön plana çıxır. Bu isə regional proseslərə rasional yanaşmanı zəiflədir və hadisənin real mahiyyətindən daha çox, onun yaratdığı siyasi dalğalanmaları gündəmə gətirir”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
icma.az

1Mənbələr