BAKI, 25 dekabr. TELEQRAF
Aktau şəhəri yaxınlığında Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarənin qəzaya uğramasının ildönümü münasibətilə İkinci Fəxri xiyabanda ekipaj üzvlərinin məzarlarını ziyarət edilib.
Teleqraf xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev, AZAL prezidenti Samir Rzayev və AZAL əməkdaşları, mərhumların ailə üzvləri İkinci Fəxri xiyabanda həyatlarını itirən Milli Qəhrəmanlar Hökumə Əliyeva, İqor Kşnyakin, Aleksandr Kalyaninovun məzarlarını ziyarət ediblər.
Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.