AZ

Məhkəmə bəraət hökmü ləğv edilən şəxslə bağlı qərar çıxardı

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Səbuhi Əsmanzadənin barəsindəki kassasiya şikayətinə baxılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.


İttihama görə, Səbuhi Əsmanzadə “Instagram” sosial şəbəkəsində şəklini yerləşdirdiyi mebel dəstini satacağı barədə yalan məlumat verərək 9 zərərçəkmişə qarşı 12362 manatlıq dələduzluq edib.


Gəncə Şəhər Məhkəməsinin hökmü ilə ona bəraət hökmü vermişdi. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmişlər apellyasiya şikayəti vermişdi.


Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, protest və şikayət qismən təmin edilib, Gəncə Şəhər Məhkəməsinin çıxardığı bəraət hökmü ləğv olunub, iş üzrə ittiham hökmü çıxarılıb. Belə ki, 3 il 4 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib.


Kamal Məmmədov 

Tarix: 25 Dekabr 2025, 09:51   
Seçilən
25
1
pravda.az

2Mənbələr