AZ

“Zirə”də transfer səfərbərliyi

futbolpress-az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Zirə” qış transfer dönəmində heyətini bir neçə futbolçu ilə gücləndirmək istəyir.

Futbolpress.az–ın məlumatına görə, baş məşqçi Rəşad Sadıqov xüsusilə hücum xəttindəki itkilərə görə bu mövqe üçün azı iki oyunçunun transferini istəyir. Mütəxəssis bir vinger, bir də mərkəz hücumçusu ilə komandanı gücləndirmək niyyətindədir.

Büdcəsi azalan “Zirə” aşağı ödənişli futbolçular arasından seçim etməlidir. Qışda keyfiyyətli futbolçu gətirmək həmişə müşkül məsələ olub. Bu səbəbdən klub oyunçulara 6+1 illik müqavilə şərti ilə təklif göndərəcək.

“Zirə” Premyer Liqada 16 turdan sonra 28 xalla üçüncü sıradadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
futbolpress.az

1Mənbələr