AZ

Qəzaya uğrayan avtobus 122 saylı deyil

Mətbuat bu gün Qaradağ rayonunda sərnişindaşıma fəaliyyəti göstərən 122 saylı avtobusun qəzaya uğraması ilə bağlı məlumat yayıb.

Məlumatlarda hadisənin Bakı-Qazax magistralının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verdiyi bildirlib. Qeyd olunub ki, Lökbatan-Çeyildağ-Lökbatan istiqamətində hərəkət edən avtobus Sahil qəsəbəsi ərazisində qəza törətməsi nəticəsində iki sərnişin həlak olub, bir neçə nəfər xəsarət alıb.

Lakin AYNA-dan Modern.az-a verilən məlumata görə, 122 saylı marşrut xətti göstərilən ərazidən keçmir. Qurum hadisə ilə bağlı araşdırma aparıldığını açıqlayıb.

Hazırda hadisənin detalları və qəzanın hansı marşrut xəttinə aid avtobusla bağlı olduğu dəqiqləşdirilir.

Seçilən
55
2
modern.az

4Mənbələr