AZ

Renat “Qarabağ”ı, “Zirə” isə onu gözləyir

Renat Dadaşovun karyerasını Azərbaycanda davam etdirmək ehtimalı artır.

Msport.az xəbər verir ki, qış fasiləsində “Motor”dan ayrılacağı, demək olar ki, dəqiqləşən hücumçu hazırda Premyer Liqa klublarımızla danışıq aparır.

Dadaşovun meneceri onun xidmətini ilk olaraq “Qarabağ”a təklif edib. Bu komandanın Çempionlar Liqasında oynaması və ambissiyası millimizin üzvünün iştahını artırır. Lakin “Zirə” variantı da kifayət qədər yüksək qiymətləndirilir. Çünki baş məşqçi Rəşad Sadıqovun 26 yaşlı forvardı sərəncamında görmək istədiyi vurğulanıb.

Əgər “Qarabağ” Dadaşovun xidmətində maraqlı olmasa, o zaman “Zirə” futbolçunun meneceri ilə danışıqları intensivləşdirəcək.

Qeyd edək ki, Renat Dadaşovun “Motor”la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir. Lakin Lyublin klubu həmyerlimizi transferə çıxarıb.

Seçilən
90
9
msport.az

10Mənbələr